Moskvada metro yaxınlığında yanğın baş verib
Rusiyanın paytaxtı Moskvada avtotexniki xidmət mərkəzində yanğın baş verib. Hadisə ilə əlaqədar binadakı insanlar təxliyə olunublar.
Crossmedia.az xəbər verir ki, “Moskva” informasiya agentliyi bu barədə məlumat yayıb.
Yanğın Varşava şosesində, “Annino” metro stansiyasının yaxınlığında yerləşən avtotexniki xidmət mərkəzində qeydə alınıb.
Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunublar. Yanğının söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində iş aparılır.
Yanğının səbəbi, əhatə etdiyi ərazi və mümkün xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
14:39 22.10.2026
Oxunuş sayı: 56