Azərbaycan tennisçiləri Latviyada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar
Azərbaycanın 9 stolüstü tennisçisi oktyabrın 23-də Latviyanın paytaxtı Riqada start götürəcək “Riga City Youth Cup 2026” beynəlxalq turnirində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışda üç məşqçinin rəhbərliyi altında mübarizə aparacaqlar.
Komandaya qadınlardan ibarət milli yığmanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyeva rəhbərlik edəcəklər.
Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov iştirak edəcəklər.
Qızlar arasında isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova mübarizə aparacaqlar.
Beynəlxalq turnir oktyabrın 25-də başa çatacaq.
14:16 22.10.2026
Oxunuş sayı: 50