Zelenski: Ukrayna inkişaf edəndə Rusiya hələ mövcud deyildi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin minillik dövlətçilik tarixinə malik olduğunu və Rusiyanın meydana çıxmasından əvvəl inkişaf etmiş sivilizasiyaya sahib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu fikirləri Ukraynanın tarixi irsi və dövlətçilik ənənələrindən danışarkən səsləndirib.
“Ukraynada minillik tarixi olan kilsələr var. Hamı bilir ki, bizim çox gözəl kilsələrimiz mövcuddur. Onlar öz işinin əsl ustası olan ukraynalılar tərəfindən bəzədilib. Bu kilsələrin min yaşı var”, – deyə Zelenski bildirib.
Ukrayna lideri ölkəsini Kiyev Rusunun tarixi varisi adlandırıb.
“Ukrayna Avropada yaxşı tanınan, inkişaf etmiş sivilizasiyaya, öz incəsənətinə və ənənələrinə malik böyük dövlət olan Kiyev Rusunun varisidir. O dövrdə Rusiya hələ mövcud deyildi. Rusiya Ukraynanın artıq mövcud olduğu dövrdə meydana çıxıb”, – deyə Prezident vurğulayıb.
Qeyd edək ki, Zelenski daha əvvəl də Ukraynanın minillik dövlətçilik ənənələrinə malik olduğunu bildirərək ölkəsinin Kiyev Rusunun tarixi varisi olduğunu vurğulayıb.
15:39 22.10.2026
Oxunuş sayı: 51