Paşinyan etiraf etdi: Azərbaycanın müəyyən şərtləri var
İrəvan Türkiyə-Ermənistan sərhədinin açılması üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığı davam etdirir.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
“Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeyd-şərtləri var. Hazırda proses məhz bu mərhələdədir. Bununla belə, müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işi davam etdiririk”, - o bildirib.
16:08 22.10.2026
Oxunuş sayı: 63