Zelenskidən Putinlə bağlı sərt açıqlama: Hər şeyi bağışlamaq olmaz!
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin unudulmasının və Moskva ilə əvvəlki iqtisadi münasibətlərə qayıdılmasının çətin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu fikirləri müsahibəsində səsləndirib.
Ukrayna lideri dövlət başçısının təmkinli davranmalı və diplomatik yanaşmaya üstünlük verməli olduğunu vurğulayıb.
“Prezident olmalısan, sakitliyini qorumalı və daha diplomatik davranmalısan. Amma hər şeyi sadəcə bağışlayıb deyə bilməzsən ki, bu, Putindir, güclü dövlətdir. Gəlin hər şeyi unudaq, bağışlayaq və yenidən qaz, dizel yanacağı və ya başqa məhsulların alqı-satqısına başlayaq. Bu, çətindir”, – deyə Zelenski bildirib.
Onun açıqlaması Rusiya ilə münasibətlərin gələcəyində diplomatik yanaşma ilə yanaşı, müharibə dövründə baş verənlərin də nəzərə alınmasının vacibliyinə işarə edir.
13:09 22.10.2026
Oxunuş sayı: 59