Lukaşenkodan ABŞ-yə xəbərdarlıq: Biz vədimizə sadiqik
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini və Vaşinqtondan da eyni yanaşmanı gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Belarus liderinə yaxın “Pul Pervoqo” teleqram kanalı bu barədə məlumat yayıb.
“Biz öz tərəfimizdən amerikalılara verdiyimiz vədlərə ciddi şəkildə əməl edirik. Çox istərdik ki, ABŞ da əldə olunmuş razılaşmaları yüz faiz yerinə yetirsin”, – deyə Lukaşenko vurğulayıb.
Belarus liderinin sözlərinə görə, Minsk və Vaşinqton arasında ikitərəfli münasibətlərdə müəyyən irəliləyişlər müşahidə olunur.
O qeyd edib ki, ABŞ administrasiyası Belarusla münasibətlərin inkişafına diqqət yetirir.
Xatırladaq ki, sentyabr ayında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul Belarusa səfər edib. O, Minskdə keçirilən danışıqlarda tərəflərin mühüm irəliləyiş əldə etdiyini bildirib.
13:22 22.10.2026
Oxunuş sayı: 48