Cəlilabadda ağır qəza- Üç nəfər xəsarət aldı
Cəlilabad şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.(APA)
11:37 22.10.2026
Oxunuş sayı: 239