Bakıda dəhşətli qəza: Nənə və nəvəsini maşın vurdu
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu nənə və nəvəsi xəsarət alıblar.
Crossmedia.az xəbər verir ki, hadisə Binə qəsəbəsində, “Leon Palace” şadlıq sarayının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin nənə və nəvəsini vurması nəticəsində hər iki şəxs xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
09:58 22.10.2026
Oxunuş sayı: 65