Polşa Ukraynaya hərbi yardım paketinin göndərilməsini dayandırıb
Polşa Lvov vilayət şurasının Ukrayna Üsyançı Ordusuna (UPA) həsr olunmuş qərarından sonra Ukraynaya göndərilməsi planlaşdırılan hərbi yardım paketinin çatdırılmasını dayandırıb.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” nəşri bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Lvov vilayət şurasının deputatları 2027-ci ilin UPA-nın xatirə ili elan edilməsi ilə bağlı qərarı Polşadan genişmiqyaslı hərbi yardım paketinin göndərilməsinə hazırlıq görülən vaxt qəbul ediblər.
Bildirilib ki, qərardan sonra yardım paketinin göndərilməsi müvəqqəti dayandırılıb. Mənbə deputatların bu addımını məsuliyyətsiz qərar kimi qiymətləndirib.
Məlumata əsasən, hazırda yaranmış vəziyyətin həlli üçün fəal iş aparılır.
23:57 21.10.2026
Oxunuş sayı: 44