İsraildən XƏBƏRDARLIQ: Trampa sui-qəsd təhlükəsi var
İsrail ABŞ administrasiyasına İranın Donald Trampa qarşı mümkün sui-qəsd hazırlaya biləcəyinə dair kəşfiyyat məlumatları təqdim edib. Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, kəşfiyyat məlumatlarının nə vaxt və hansı kanallar vasitəsilə Vaşinqtona çatdırıldığı açıqlanmayıb.
Nəşr xatırladır ki, 2020-ci ildə İranın "SEPAH"ının "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra İran rəsmiləri dəfələrlə Donald Trampdan qisas almaq niyyətində olduqlarını bəyan ediblər.
ABŞ, İsrail və İran rəsmiləri "The Wall Street Journal"ın yaydığı məlumatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
10:24 10.07.2026
Oxunuş sayı: 59