Tokatda QƏDİM ŞƏHƏRİN İZLƏRİ üzə çıxarılır – qazıntılar sürətləndirilib
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda böyük hissəsi müasir yaşayış ərazisinin altında qalan qədim Sebastapolis şəhərinin arxeoloji qazıntıları davam etdirilir.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Qazıntı işlərinin əsasən qədim şəhərin kilsə və hamam hissələrində aparıldığı bildirilir.
Sebastapolisin Qara dəniz bölgəsinin ən böyük beş şəhərindən biri olduğu qeyd edilir. Tarixi mənbələrə görə, şəhər pul sikkələri zərb etmək hüququna malik mühüm ticarət və yaşayış mərkəzlərindən biri olub.
00:23 06.09.2026
Oxunuş sayı: 44