Mövsümün ilk böyük İstanbul derbisi başladı
Türkiyə Super Liqasının 4-cü turunda Fənərbağça ilə Beşiktaş İstanbul derbisində üz-üzə gəlir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Çobani stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb.
Oyunu Halil Umut Meler idarə edir. Melerə İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara kömək edir. Matç “beIN Sports 1” telekanalında canlı yayımlanır.
Fənərbağça mövsümə “Gənclərbirliyi”nə məğlubiyyətlə başlayıb, daha sonra evdə “Konyaspor”u məğlub edib. Sarı-lacivərdlilər UEFA Çempionlar Liqasında “Olimpik Lion”u mübarizədən kənarlaşdıraraq 18 ildən sonra turnirin əsas mərhələsində iştirak hüququ qazanıb. Komanda çempionatda isə “Samsunspor”u səfərdə 2:0 hesabı ilə məğlub edərək xallarını 6-ya çatdırıb.
Derbidə Fənərbağçanın start heyətində Ederson, Semedo, Skrinyar, Ake, Braun, Kante, Qendouzi, İrfan Can, Qrinvud, Oğuz və Muriqi yer alıb.
Beşiktaşın start heyətində isə Nübel, Murillo, Aqbadou, Emirhan, Rıdvan, Salih, Orkun, Olaitan, Çerni, Trossard və Vlahoviç meydana çıxıb.
Fənərbağçada zədə səbəbindən yalnız Marko Asensio derbidə iştirak etmir. “Beşiktaş”ın baş məşqçisi Vinçenso İtaliano isə Türkiyə karyerasında ilk derbisində komandasına rəhbərlik edir.
Fənərbağça baş məşqçisi İsmail Kartalın rəhbərliyi altında Beşiktaşa qarşı keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, bir dəfə heç-heçə edib.
Ötən mövsüm komandalar arasında keçirilən üç derbidə isə Beşiktaş bir qələbə əldə edib. İstanbul təmsilçisi Ziraat Türkiyə Kubokunda səfərdə Fənərbağçanı 2:1 hesabı ilə məğlub edib.
21:20 05.09.2026
Oxunuş sayı: 62