Moskvada avtobus qəzasında xəsarət alanların sayı 25-ə çatıb
Moskvada baş vermiş avtobus qəzası nəticəsində xəsarət alanların sayı 25 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyi operativ xidmətlərə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində yaralananların sayı son dəqiqləşdirmələrdən sonra 25 nəfər olub.
Qəzanın səbəbləri və xəsarət alanların vəziyyəti ilə bağlı araşdırma aparılır. Hələlik ölənlərin olub-olmaması barədə əlavə məlumat açıqlanmayıb.
10:56 10.07.2026
Oxunuş sayı: 53