Uitkoff Putinə təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin Donald Trampın Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına töhfə vermək cəhdlərini davam etdirdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə bu cür təmasların hər zaman faydalı olduğunu vurğulayıb.
O, Uitkoff və Kuşnerin Moskvadan sonra Kiyevə gedəcəyini də açıqlayıb.
Uitkoff görüşə görə Putinə təşəkkür edib və Rusiya prezidenti ilə ünsiyyəti onun üçün ən yaxşı və yadda qalan təcrübələrdən biri adlandırıb. O, həmçinin danışıqların keçirilməsi üçün Kiyevə qarşı üç günlük atəşkəs elan etdiyinə görə Putinə təşəkkürünü bildirib.
21:53 05.09.2026
Oxunuş sayı: 48