Mərakeş millisinin məğlubiyyətindən sonra Londonda iğtişaşlar baş verib
2026-cı il futbol üzrə dünya çempionatında Mərakeş millisinin məğlubiyyətindən sonra komandanın azarkeşləri Böyük Britaniyanın paytaxtı Londonda iğtişaşlar törədiblər.
Crossmedia.az xəbər verir ki, Mərakeş azarkeşləri oyundan sonra şəhərin müxtəlif küçələrində asayişi pozaraq polis qüvvələri ilə qarşıdurmaya giriblər.
Hadisə nəticəsində xəsarət alanlar və ya saxlanılanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.
12:37 10.07.2026
Oxunuş sayı: 46