KXDR nüvə qüvvələrinin genişləndirilməsi barədə qərar qəbul edib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ölkənin nüvə qüvvələrinin həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirilməsi barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "KCNA" agentliyi məlumat yayıb.
Məlumata görə, qərar Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin 9-cu çağırış üzrə I genişləndirilmiş iclasında, ölkə lideri Kim Çen Inın sədrliyi ilə qəbul edilib.
İclas zamanı döyüş sistemlərinin texniki infrastrukturunun modernləşdirilməsi və ölkənin nüvə potensialının daha da inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı da təsdiqlənib.
Qərarın icra müddəti və nəzərdə tutulan konkret addımlar barədə əlavə məlumat açıqlanmayıb.
10:52 10.07.2026
Oxunuş sayı: 53