Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
00:02
Ağdam rayonunda traktor minaya düşüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Belə ki, ərazidə torpaq şumlayan traktorçu idarə etdiyi K-700 markalı traktoru tank əleyhinə minaya salıb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşüb.
Hadisə zamanı traktorçu xəsarət almayıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparırlar. (TREND)
10:46 06.09.2026
Oxunuş sayı: 250