ABŞ Yaxın Şərqdən diplomatlarını təxliyə edir
ABŞ regionda gərginliyin daha da artması təhlükəsi fonunda Yaxın Şərqin bir sıra ölkələrindən diplomatlarını və onların ailə üzvlərini təxliyə etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, CNN telekanalı mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında çalışan fövqəladə vəzifələrə cəlb olunmayan diplomatik əməkdaşların və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə məcburi göstəriş verib.
Vaşinqton, həmçinin İordaniya, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Livandakı diplomatik nümayəndəliklərində personalın sayına yenidən baxır.
CNN-in məlumatına görə, ABŞ Dövlət Departamenti İordaniya, Qətər, BƏƏ və Livandakı səfirliklərin əməkdaş sayında müvəqqəti dəyişikliklər ediləcəyini təsdiqləyib. Küveyt və Bəhreyndə isə hələlik personalın sayında dəyişiklik olmadığı bildirilib.
Səudiyyə Ərəbistanından fərqli olaraq, digər ölkələrdəki ABŞ səfirlikləri məhdud fəaliyyət rejimində işləməyə davam edir.
Məlumata əsasən, qərar regionda təhlükəsizlik risklərinin artması, xüsusilə Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşməsi fonunda qəbul edilib.
09:34 24.10.2026
Oxunuş sayı: 74