Tramp neftin bahalaşmasını İranla əlaqələndirdi
ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda dünya bazarında neftin qiymətinin artmasını ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ödənilən kiçik bədəl adlandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp İranla bağlı açıqlamasında neft qiymətlərinin yüksəlməsinin gözlənilən olduğunu bildirib.
“Neftin qiyməti artdı. Biz onu çox aşağı səviyyədə saxlamışdıq və bunun baş verəcəyini bilirdim. Amma bu, seçim məsələsi idi”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın daha vacib olduğunu vurğulayıb.
“Bu, çox pis ölkə olan İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ödənilən kiçik bədəldir”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl də İranla müharibə nəticəsində yüksələn enerji qiymətlərini təhlükəsizlik baxımından qəbul edilə bilən xərc kimi qiymətləndirib.
11:14 24.10.2026
Oxunuş sayı: 135