Çexiyada etirazçılar parlament binasına daxil olmağa cəhd ediblər
Çexiyanın paytaxtı Praqada yüzlərlə insan parlamentin aşağı palatasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı onlarla nümayişçi binaya daxil olmağa cəhd edib.
Crossmedia.az xəbər verir ki, etirazlara Çexiya Televiziyası və Radiosunun maliyyələşdirilməsi qaydalarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi səbəb olub.
Qanun layihəsinə əsasən, ictimai yayım qurumlarının vətəndaşların ödədiyi haqlar hesabına deyil, dövlət büdcəsindən maliyyələşdirilməsi təklif edilir.
Nümayişçilər hesab edirlər ki, bu dəyişiklik televiziya və radionun müstəqilliyini təhlükə altına qoya bilər.
Praqanın Malostranska meydanına toplaşan bir neçə yüz fəaldan onlarla şəxs parlament binasına daxil olmağa çalışıb.
Polis vəziyyəti nəzarət altına alıb. Hadisə zamanı saxlanılan olmayıb.
Çexiyanın Baş naziri Andrey Babiş isə müxalifəti vəziyyəti gərginləşdirməməyə çağırıb.
Hadisə oktyabrın 23-də baş verib. Çexiyanın CTK xəbər agentliyinin məlumatına görə, polis əməkdaşları nümayişçilərin parlament binasına daxil olmasının qarşısını alıblar.
11:39 24.10.2026
Oxunuş sayı: 158