Zaqatalada bir neçə evdən oğurluq edən şəxs saxlanılıb
Zaqatala rayonunda bir neçə fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən pul oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun rayon ərazisindəki daha bir neçə fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli olduğu müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
09:43 24.10.2026
Oxunuş sayı: 64