CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Zaqatala

15:05 15.09.2026

Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub

135

Sentyabrın 15-də Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Crossmedia.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov, Zaqatala rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Sevda Cabbarova yeni tədris ili və təhsil müəssisəsinin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə iştirakçıları salamlayıb, məktəbdə yaradılan şərait barədə məlumat verib. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov çıxış edərək gimnaziyanın əsaslı təmirdən sonra istifadəyə verilməsi və yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib. Son illər ölkəmizdə, o cümlədən Zaqatala rayonunda təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən və Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən bəhs edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR