Zelenski Putindən danışdı: Arxanızdan bıçaq vuracaq
Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlıq münasibətlərindən danışarkən Rusiya Prezidenti Vladimir Putini tənqid edib.
Crossmedia.az xəbər verir ki, Zelenski açıqlamasında etibarlı tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Sizin üçün mənim kimi tərəfdaşların olması daha yaxşıdır. Biz həqiqətən minnətdarlıq hiss etdiyimiz anlarda bunu ifadə edirik. Nəinki hər saniyə minnətdarlıq bildirərək Putin kimi davranmaq”, – deyə Zelenski bildirib.
O, Putinin davranışını belə xarakterizə edib:
“Həddindən artıq minnətdarlıq nümayiş etdirə bilər, amma siz gedəndə arxanızdan bıçaq vuracaq”.
Ukrayna Prezidenti düzgün insanlarla ədalətli razılaşmalar əldə etməyin daha vacib olduğunu vurğulayıb.
“Buna görə də düzgün insanlarla düzgün razılaşmalar əldə etmək daha yaxşıdır”, – deyə Zelenski əlavə edib.
11:02 24.10.2026
Oxunuş sayı: 56