Azərbaycanda hava dəyişir: Yağış, dolu və qar gözlənilir
Azərbaycanda bəzi ərazilərdə intensiv yağış, şimşək və dolu, yüksək dağlıq bölgələrdə isə qar yağacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15–17, gündüz 17–19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 70–80% təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Yüksək dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların bir qədər güclənəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 13–16, gündüz 17–21 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2–6, gündüz 8–13 dərəcə isti olacaq.
12:23 24.10.2026
Oxunuş sayı: 56