Dünya bazarında qızıl ucuzlaşıb
Dünya bazarında qızıl və digər qiymətli metalların əksəriyyəti ucuzlaşıb.
Crossmedia.az xəbər verir ki, oktyabrın 23-də qızılın spot qiyməti 28,75 dollar və ya 0,71% azalaraq bir unsiya üçün 3 996,10 dollara düşüb.
Qızılın dekabr fyuçerslərinin qiyməti isə 52,50 dollar və ya 1,29% geriləyərək 4 007,90 dollar təşkil edib.
Gümüşün dekabr fyuçersləri 1,92% ucuzlaşaraq 53,95 dollara, platinin spot qiyməti isə 0,97% azalaraq 1 553,31 dollara enib.
12:29 24.10.2026
Oxunuş sayı: 130