BMT: İyun Ukraynada mülki itkilərin ən çox olduğu ay olub
BMT bildirib ki, 2026-cı ilin iyun ayı Ukraynada tammiqyaslı müharibənin başlanmasından bəri mülki əhali arasında ən çox itkinin yaşandığı ay olub.
Crossmedia.az xəbər verir ki, ilkin məlumatlara əsasən, iyun ayında azı 265 mülki şəxs həlak olub, 1816 nəfər isə yaralanıb.
BMT qeyd edib ki, narahatedici tendensiya iyul ayında da davam edir.
Məlumata görə, təkcə 2 və 6 iyul tarixlərində Kiyevə həyata keçirilən kütləvi hücumlar nəticəsində 50 nəfər həyatını itirib.
12:43 10.07.2026
Oxunuş sayı: 53