Rusiya FTX-si Rostovda hərbi aerodroma hücumun qarşısını alıb
Rostov-Mərkəzi hərbi aerodromuna qarşı planlaşdırılan terror aktının qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna xüsusi xidmət orqanları hərbi obyektə süni intellektlə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə genişmiqyaslı diversiya həyata keçirməyi planlaşdırıb.
Qurumun iddiasına əsasən, əməliyyatı həyata keçirmək üçün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) tərəfindən əməkdaşlığa cəlb edildiyi bildirilən Rusiya vətəndaşı tapşırıq aldıqdan sonra özü FTX-yə müraciət edib.
11:03 10.07.2026
Oxunuş sayı: 49