Putin Kiyevə zərbələrin dayandırıldığını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfinin hücumlarının sayını əhəmiyyətli dərəcədə azaltdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirilən görüşdə Kiyevə zərbələrin bu gün gecə saat 00:00-dan etibarən həyata keçirilmədiyini deyib.
Onun sözlərinə görə, Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş Rusiyaya rəsmi kanallar vasitəsilə daxil olub.
Putin bildirib ki, Rusiya Ukrayna ilə üç gündən artıq müddətə atəşkəs barədə razılaşmayıb.
Rusiya lideri Uitkoff və Kuşnerlə bu cür təmasların faydalı olduğunu və Moskvanın onlarla işləməkdən məmnun olduğunu qeyd edib. Putin həmçinin ABŞ nümayəndələrinin Moskvadan sonra Kiyevə gedəcəyini açıqlayıb.
Putinin sözlərinə görə, Rusiya Uitkoff və Kuşnerin vasitəçiliyi ilə keçiriləcək danışıqların və vasitəçilərin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni edəcək.
22:05 05.09.2026
Oxunuş sayı: 49