Yəmən ordusu: 620 husinin zərərsizləşdirildiyi bildirilir
Yəmən ordusu son 24 saat ərzində husilərə qarşı 1392 əməliyyat keçirildiyini və 620 silahlı qruplaşma üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Yəmən ordusu bu barədə məlumat yayıb.
Açıqlamada bildirilib ki, əməliyyatlar husilərin mövqelərinə, əlavə qüvvələrinə, təchizat xətlərinə və hərbi texnikasına qarşı həyata keçirilib.
Əməliyyatlar zamanı rəhbər heyətin üzvləri də daxil olmaqla, 620 husi üzvünün zərərsizləşdirildiyi, 190-dan çox nəqliyyat vasitəsi və silahın məhv edildiyi və ya istifadəyə yararsız hala salındığı qeyd olunub.
Ordunun məlumatına görə, əməliyyatlar zamanı beynəlxalq humanitar hüquq normalarına əməl edilib, mülki şəxslərin və mülki obyektlərin qorunmasına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürüblər. Bundan sonra ölkədə vətəndaş müharibəsi başlayıb. Oktyabrın 5-də husilərə qarşı “Yəmən şəfəqi” əməliyyatına start verilib.
23:48 23.10.2026
Oxunuş sayı: 50