Tramp: İranın bütün neftini ələ keçirə bilərik
ABŞ Prezidenti Donald Tramp İranın bütün neftini ələ keçirmək və ölkəni tam nəzarətə götürmək imkanına malik olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Trampın açıqlaması barədə məlumat onun çıxışlarının dərc olunduğu mənbələrdə yer alıb.
“İstəsək, bütün nefti ələ keçirə bilərik. Bütün ölkəni də ələ keçirə bilərik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.
19:08 23.10.2026
Oxunuş sayı: 32