"Erməni soyqırımı" kimi tanınan qətnamələri bloklayan senator vəfat edib
ABŞ senatoru Lindsi Qremin vəfat etdiyi barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, yayılan məlumata görə, senator iyulun 11-də axşam saatlarında qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib.
Bildirilib ki, hazırda bu məlumat ABŞ-in rəsmi dövlət qurumları tərəfindən təsdiqlənməyib.
Lindsi Qrem ABŞ Senatının üzvüdür və xarici siyasət, xüsusilə də Ukrayna, Rusiya və Yaxın Şərq məsələləri ilə bağlı açıqlamaları ilə tez-tez gündəmə gəlir.
O, ABŞ Senatında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamələrin (məsələn, 150 saylı sənəd) qarşısını alan və bloklayan senatorlardan biri kimi tanınırdı.
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
10:42 12.07.2026
Oxunuş sayı: 73