Ukraynalı iş adamı komadan çıxdı: Vəziyyəti yaxşılaşır
Monakoda sui-qəsd cəhdi zamanı baş verən partlayış nəticəsində yaralanaraq Marsel xəstəxanasına yerləşdirilən ukraynalı iş adamı Vadim Yermolayev komadan çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Nice Matin˝ qəzeti məlumat yayıb.
Məlumata görə, Yermolayevin səhhəti yaxşılaşmağa başlayıb. Həmin gün iş adamını müşayiət edən Anna Nasobinanın vəziyyəti isə ağır olaraq qalır. Nitsadakı xəstəxanaya yerləşdirilən qadının hər iki ayağı amputasiya edilib və son günlər ona mütəmadi qan köçürülür. Həkimlər onun görmə, eşitmə və danışıq qabiliyyəti də daxil olmaqla bir sıra həyati funksiyalarını itirə biləcəyini bildirirlər.
Partlayış zamanı xəsarət alan 13 yaşlı uşaq isə yanıq xəsarətləri alıb. Həkimlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.
Hadisənin əsas şübhəlisi hesab olunan 39 yaşlı Anastasiya Berezovskayanın saxlanılması hələlik mümkün olmayıb. Qəzetin yazdığına görə, o, partlayışdan sonra piyada Fransa sərhədini keçib, daha sonra kirayə avtomobilə minərək əvvəl İtaliyaya, oradan isə 2022-ci ildə sığınacaq istədiyi Almaniyaya yollandığı ehtimal olunur.
00:32 05.07.2026
Oxunuş sayı: 52