DİN BDU tələbələrinə qarşı dələduzluqla bağlı məlumat yaydı - Ekskuliziv
Bakı Dövlət Universitetinin tələbələr üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib. İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Halbuki tələbələr məzun gecəsinə ödəniş etmişdilər.
Crossmedia.az-ın əldə etdiyi məlumata əsasən pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciətlər daxil olub: “Ərizə və izahatlar alınıb. Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N.Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb. Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.
Ayhan
12:11 26.06.2026
Oxunuş sayı: 74