Ceffri Epşteyn işi yenidən gündəmdə: Maksvell hökmün ləğvini istəyir
İnsan alveri ittihamı ilə məhkum olunmuş Cisleyn Maksvell barəsində çıxarılmış hökmün ləğvi üçün apellyasiya şikayəti verib.
Crossmedia.az ABC News-a istinadən xəbər verir ki, 2021-ci ildə azyaşlı qızların cinsi istismarı məqsədilə insan alverində təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilən Maksvell bildirib ki, Ceffri Epşteyn işi üzrə dərc olunmuş yeni materiallarda məhkəmə qərarına təsir göstərə biləcək sübutlar yer alıb.
ABŞ prokurorluğu isə bu iddiaları rədd edərək, təqdim olunan arqumentlərin hökmün dəyişdirilməsi üçün əsas yaratmadığını açıqlayıb.
10:25 26.06.2026
Oxunuş sayı: 53