İtaliya XİN: ABŞ-yə İrana qarşı hərbi bazalardan istifadəyə icazə verilməyib
İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı ölkəsinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tayani qeyd edib ki, İtaliya ABŞ ilə mövcud razılaşmalara əməl etsə də, ölkə ərazisindəki hərbi bazaların İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməyib.
Telefon danışığı zamanı tərəflər regional vəziyyəti və Hörmüz boğazındakı vəziyyəti də müzakirə ediblər. İtaliya tərəfi boğazda qalan İtaliya yük gəmilərinin təhlükəsiz keçidinin təmin olunması üçün İranın dəstəyinə ümid etdiyini bildirib.
Nazir Tehrandakı İtaliya səfirliyinin fəaliyyətinin bərpa olunmasını iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından müsbət addım və güclü dialoq siqnalı kimi qiymətləndirib.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte daha əvvəl ABŞ-yə dəstək məqsədilə İtaliyadakı hərbi bazalardan yüzlərlə Amerika təyyarəsinin havaya qalxdığını açıqlamışdı.
23:40 25.06.2026
Oxunuş sayı: 46