İrəvanda mübahisə yaradan addım: Qarabağ qraffitiləri yox edilir
İrəvan küçələrində Qarabağ müharibəsi iştirakçılarının təsvir olunduğu qraffitilər silinir
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Ermənistanın paytaxtı İrəvanda Qarabağ müharibəsi iştirakçılarının təsvir olunduğu qraffitilərin küçələrdən silinməsinə başlanılıb.
Məlumata görə, şəhərin müxtəlif ərazilərində yerləşən divar rəsmləri kommunal xidmət əməkdaşları tərəfindən təmizlənir. Qraffitilərin götürülməsi yerli ictimaiyyətdə müzakirələrə səbəb olub.
22:45 25.06.2026
Oxunuş sayı: 45