Moskvada raket həyəcanı: əhali təşviş içindədir
Rusiyanın Moskva vilayətində raket təhlükəsi elan olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, sakinlərə təhlükəsizlik məqsədilə binalarda, yeraltı keçidlərdə və ya dayanacaqlarda sığınacaq tapmaları tövsiyə edilib. Həmçinin mobil internetin fəaliyyətində müvəqqəti fasilələrin yarana biləcəyi bildirilib.
Qeyd edək ki, raket təhlükəsi ilə bağlı xəbərdarlıq fövqəladə hallar üzrə xəbərdarlıq sistemləri vasitəsilə əhaliyə çatdırılıb.
22:32 25.06.2026
Oxunuş sayı: 43