Ermənistan parlamentinə o sədrlik edəcək
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası parlament sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyini irəli sürüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
Hazırda Ermənistan Milli Assambleyasının sədri vəzifəsini Alen Simonyan icra edir. Ruben Rubinyan isə parlament sədrinin müavini postunu tutur.
Parlament rəhbərliyində mümkün dəyişikliklə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
20:36 25.06.2026
Oxunuş sayı: 51