İran və Ermənistan tranzit əməkdaşlığının genişləndirilməsini müzakirə edib
İrəvanda İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzit əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyində baş tutan görüşdə İranın İrəvandakı səfiri Xəlil Şirqulami də iştirak edib.
Belə ki, görüş zamanı İranın Yol və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbəri ölkəsinin beynəlxalq Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərində mühüm mövqeyə malik olduğunu bildirib. O, İranın tranzit və logistika potensialından daha səmərəli istifadənin vacibliyini vurğulayaraq, Ermənistanın Tehran üçün əsas regional tərəfdaşlardan biri olduğunu qeyd edib.
Həmçinin bildirilib ki, nəqliyyat sahəsində mövcud problemlərin aradan qaldırılması, tranzit xərclərinin azaldılması və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Tərəflər sərhəd bölgəsində yeni körpünün tikintisi imkanlarını da müzakirə ediblər.
Görüşün yekununda tərəflər Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və regionun tranzit potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
19:50 25.06.2026
Oxunuş sayı: 62