Paşinyan: Ermənistanın internet trafikinin Azərbaycan üzərindən tranziti təhlükə yaratmır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin internet trafikinin Azərbaycan ərazisindən tranzitinə dair narahatlıq görmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, internet trafikinin tranziti Ermənistanın Azərbaycandan asılı vəziyyətə düşməsi demək deyil.
“Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistan üzərindən nə qədər çox axın keçərsə, ölkəmizin iqtisadi və siyasi çəkisi, eləcə də təhlükəsizlik səviyyəsi bir o qədər yüksələr. Buna qarşı çıxanlar Ermənistanın münaqişə dalanında qalmasını istəyirlər”, –
Paşinyan bildirib.
18:33 25.06.2026
Oxunuş sayı: 53