Avropada temperatur təhlükəli həddə çatır
Həftəsonu Qərbi Avropada müşahidə olunan ekstremal istilərin Mərkəzi Avropaya doğru yayılacağı proqnozlaşdırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Meteoroloji platforma Ventusky-nin məlumatına görə, Almaniyada, xüsusilə Berlin ətrafında havanın temperaturu +41, +42 dərəcəyədək yüksələ bilər.
Eyni zamanda Macarıstan, Polşa, Çexiya və Slovakiyada da temperaturun +40 dərəcə həddini keçəcəyi gözlənilir.
Sinoptiklər bildirirlər ki, bu göstəricilər iyun ayı üçün olduqca qeyri-adidir və bir sıra bölgələrdə yeni temperatur rekordlarının qeydə alınması mümkündür.
18:06 25.06.2026
Oxunuş sayı: 45