Fitso Ukraynaya ayrılacaq 70 milyard avroya qarşı çıxdı: Buna imkan verməyəcəyəm
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynaya hər il 70 milyard avro həcmində yeni hərbi dəstək ayrılması təşəbbüsünə qarşı olduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fitso bildirib ki, Slovakiya bu məqsədlə nəzərdə tutulan hərbi kredit proqramında iştirak etməyəcək. Onun sözlərinə görə, Çexiya və Macarıstan da analoji mövqe sərgiləyib.
Baş nazir NATO-nun qarşıdan gələn sammitinə hazırlıq prosesini narahatlıqla izlədiyini qeyd edərək, Ukraynaya əlavə maliyyə ayrılması planlarının müzakirə olunduğunu vurğulayıb.
“Ukraynadakı müharibənin dəstəklənməsi üçün hər il 70 milyard avro ayrılacağından danışılır. Bu gün ilk dəfə açıq şəkildə bəyan edirəm ki, Slovakiyanın Ukraynaya hərbi kreditlərin verilməsində iştirak etməməsi üçün əlimdən gələni edəcəyəm”, – deyə Fitso bildirib.
17:58 25.06.2026
Oxunuş sayı: 49