Ərşad Salihi: Prezident İlham Əliyev türk birliyinin güclənməsində əsas rol oynayır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyası ilə əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb.
Crossmedia.az xəbər verir ki, bunu İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi Bakıda "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda çıxışı zamanı deyib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində türk xalqlarının bir araya gəlməsi, qarşılıqlı anlaşma və inteqrasiya prosesləri daha da güclənib.
O bildirib ki, təşkilat daxilində ortaq platformaların yaradılması, dövlət başçılarının və nümayəndələrin bir araya gəlməsi əməkdaşlığı yeni mərhələyə daşıyır.
Bununla yanaşı, xaricdə yaşayan türk icmalarının da proseslərə daha aktiv şəkildə cəlb olunması vacib məsələ kimi diqqətə çatdırılıb. (AZƏRTAC)
13:20 25.06.2026
Oxunuş sayı: 45