"Qarabağ" "İmişli" ilə oyunun yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib
"Qarabağ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının X turunda keçiriləcək "İmişli" – "Qarabağ" oyunu ilə XX turda baş tutacaq "Qarabağ" – "İmişli" matçının yerinin dəyişdirilməsini istəyib.
"Köhlən atlar" UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Çelsi" (İngiltərə) ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıblar.
"Qarabağ" klubunun rəsmi müraciətini və "İmişli" kollektivinin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.
Belə ki, X turda tərəflər "Azersun Arena"da üz-üzə gələcək və oyun "Qarabağ" – "İmişli" görüşü kimi rəsmiləşəcək. Matç 31 oktyabr saat 17:00-da start götürəcək.
22:01 28.10.2025
Oxunuş sayı: 1146