Bakıda taxtalar yığılan ərazi yanır
Bakıda taxtalar yığılan ərazidə yanğın baş verib.
Crossmedia.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
17:25 28.10.2025
Oxunuş sayı: 1045