Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
Göygöl rayonunda 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Crossmedia.az xəbər verdiyi məlumata görə, Y. Həsənovun meyiti rayon ərazisindəki evində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
14:19 09.10.2026
Oxunuş sayı: 217