Azərbaycanın turizm imkanları Yaponiyada tanıdılıb

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə şəbəkələşmə tədbiri təşkil olunub.
Crossmedia.az
xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Tədbir
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilib.
Tədbirə
media qurumlarının, turizm agentliklərinin, eləcə də "All Nippon Airways
(ANA)" və "Qatar Airways" kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri
daxil olmaqla, 60-dan çox iştirakçı qatılıb.
Proqram
çərçivəsində media və turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm
potensialı haqqında təqdimat keçirilib.
Tədbir
zamanı B2B formatlı görüşlərdə yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq
imkanları müzakirə olunub
18:14 12.09.2025
Oxunuş sayı: 818