Politoloq: ABŞ İsrailin Yaxın Şərq siyasətinin qarşısını almaqda acizdir

“ABŞ –nin İsrailin arxasında dayanması bu dövlətin əl- qolunu bir az da açır. ABŞ İsraili heç vaxt tək qoymayacaq”.
Bunu Crossmedia.az-a müsahibəsində politoloq, professor Əlimusa İbrahimov deyib.
Onun fikrincə, ABŞ-nin müharibəni dayandırmaqla bağlı xəbərdarlıqlarına baxmayaraq, İsrail başa düşür ki, Vaşinqton onun yanındadır: “Yəni Təl- Əviv Ağ Evə arxayındır. İkinci bir tərəfdənsə, ikidövlətli həll yolu İsraili Qəzzada daha ciddi olmağa vadar edir. ABŞ İsrailin Qəzzanın tamamilə boşaldılması ambisiyasına qarşı çıxmayacaq. ABŞ Prezidenti Donald Tramp sülhün tərəfdarı olduğunu dediyinə görə zaman- zaman İsrailə çağırışlar edir. Amma müharibə başlayandan bəri Təl- Əviv dəfələrlə Vaşinqtonun çağırışlarına reaksiya verməyib. İsrail yalnız maraqlarına cavab verdiyi ABŞ-nin sözünü eşidir. Əgər İsrail Qəzzanı boşaltmağı qarşısına məqsəd qoyubsa, ABŞ çətin ki, buna mane olmağı bacarsın. ABŞ bu gün geniş mənada İsrailin Yaxın Şərq siyasətinin qarşısını almaqda acizdir. Özünü bu siyasətə qarşı çıxmış göstərsə də, əslində İsraili dəstəkləməyə məcbur qalır. İsrailin İrana hücumunda da bunu gördük”.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/44554
Kənan Novruzov
22:46 09.09.2025
Oxunuş sayı: 1838