Elon Maskdan Trampa Ukrayna dronları ilə bağlı təklif
Elon Maskın Ukraynanın istifadə etdiyi Starshield peyk rabitə sisteminin imkanlarının məhdudlaşdırılmasını ABŞ Prezidenti Donald Trampa şəxsən təklif etdiyi, Trampın isə bu təkliflə razılaşdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” nəşri dörd mənbəyə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, tətbiq edilən məhdudiyyətlər Ukrayna dronlarının sürətini saatda təxminən 160 kilometr səviyyəsində məhdudlaşdırıb. Bunun nəticəsində Ukrayna qüvvələrinin daha sürətli Rusiya dronlarını və raketlərini ələ keçirmək imkanlarının ciddi şəkildə zəiflədiyi bildirilir.
Məlumata əsasən, Elon Mask açıq açıqlamasında məsuliyyəti Ağ Evin üzərinə qoyub. Donald Tramp isə öz növbəsində qərara görə məsuliyyət daşımadığını bildirib.
Qeyd edək ki, Starshield “SpaceX” şirkətinin dövlət və hərbi məqsədlər üçün nəzərdə tutulmuş peyk rabitə sistemidir.
22:26 16.10.2026
Oxunuş sayı: 242