Tramp Putini G20 sammitində görmək istədiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməsini istədiyini, lakin onun gəlib-gəlməyəcəyini bilmədiyini deyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Putinin G20-də iştirak etməsini, əlbəttə ki, çox istərdim. Onun gəlib-gəlməyəcəyini bilmirəm”, – deyə Tramp bildirib.
23:55 16.10.2026
Oxunuş sayı: 46